Əsas məqsədi istedadlı uşaq və gəncləri aşkara çıaxartmaq,onların Azərbaycan Respublikasına layiqli övlad kimi yetişməyinə yardım etməkdir.
Bu yolda “Mülki Tağım” İB-nin vəzifələri aşağıdakılardır.
1.Olimpiadalar-Müxtəlif orta və ali məktəblərdə elm müsabiqələrinin təşkil edilməsi və qaliblərin ümumrespubilika olimpiadasında bir araya gətirib biliklərini nümayiş etdirməyə şərait yaratmaq.
2.Seminarlar-Gənclərin pis vərdişlərdən,xəstəliklərdən müdafiə olunması üçün marifləndirmə seminarları təşkil etmək.
2.1 Azərbaycan Respublikasına qarşı ən qədim dövürdən bu günə dək olan soyqırım və müharibələr haqda uşaqları və gəncləri marifləndirmək üçün təhsil müəssisələrində və konfrans zallarında tədbir təşkil etmək.
2.2 Ən müasir texnologiyaların ünstünlükləri və istifadə yollarını ,xarici dillərin gənclərə öyrədilməsi üçün kurslar təşkil etmək
3. Xarici Dövlətlərdə fəaliyyət göstərən QHT-lərlə əlaqə qurmaq birlikdə layihələr həyata keçirtmək
4. Azərbaycan Respublikasının müxtəlif regionlarında təşkilatın nümayindəliklərini açmaq.
5. Bu vəzifələri icra etmək üçün aidiyyatı dövlət qurumları ilə əməkdaşlıq etmək.