Səhifələr

22.05.2010

Yardım Kompaniyası:Bir günlük xərcliyimizi kimsəsiz uşaqlara xərcləyək

"Mülki Tağım" Gənclər Təşkilatı Yardım komapaniyasının başladığını elan edir.
Kompaniyanın Şüarı "Bir günlük xərcliyimizi kimsəsiz uşaqlara xərcləyək" -dir.
Bu kmpaniya ilk dəfə düzənləndiyindən yalnız müəyyən edilmiş tarixdə müəyyən edilmiş ünvanda toplaşanların yardımları qəbul olunacaq . Yardım Toplandığdan sonra birlikdə müəyyən edilmiş uşaq evlərindən birinə yolanılacaq və çalışacağıqki uşaqlar kimsəsiz olmadığlarını onları düşünən gənclərin olduğunu bilsinlər. Bu kompaniyaya qoşulmaq istəyənlər mulkitagim@gmail.com email ünvanına yaza bilərlər. Tarix müəyyənləşdikdən sonra sayta telefon nömrəsi yerləşdiriləcək ki həmin nömrə ilədə əlaqə saxlaya biləcəksiz. Biz inanırıqki bütün yardım sevərlər bu kompaniyaya dəstək olacaqlar.
email vasitəsi ilə müraciət edənlərdən xahiş olunurki əlqə nömrələrini və adlarını qeyd etsinlər.

24.04.2010

“Mülki Tağım” İctimai Birliyinin Məqsəd və vəzifələri

Əsas məqsədi istedadlı uşaq və gəncləri aşkara çıaxartmaq,onların Azərbaycan Respublikasına layiqli övlad kimi yetişməyinə yardım etməkdir.

Bu yolda “Mülki Tağım” İB-nin vəzifələri aşağıdakılardır.

1.Olimpiadalar-Müxtəlif orta və ali məktəblərdə elm müsabiqələrinin təşkil edilməsi və qaliblərin ümumrespubilika olimpiadasında bir araya gətirib biliklərini nümayiş etdirməyə şərait yaratmaq.

2.Seminarlar-Gənclərin pis vərdişlərdən,xəstəliklərdən müdafiə olunması üçün marifləndirmə seminarları təşkil etmək.

2.1 Azərbaycan Respublikasına qarşı ən qədim dövürdən bu günə dək olan soyqırım və müharibələr haqda uşaqları və gəncləri marifləndirmək üçün təhsil müəssisələrində və konfrans zallarında tədbir təşkil etmək.

2.2 Ən müasir texnologiyaların ünstünlükləri və istifadə yollarını ,xarici dillərin gənclərə öyrədilməsi üçün kurslar təşkil etmək

3. Xarici Dövlətlərdə fəaliyyət göstərən QHT-lərlə əlaqə qurmaq birlikdə layihələr həyata keçirtmək

4. Azərbaycan Respublikasının müxtəlif regionlarında təşkilatın nümayindəliklərini açmaq.

5. Bu vəzifələri icra etmək üçün aidiyyatı dövlət qurumları ilə əməkdaşlıq etmək.